ABŞ prezidenti Maskın adını qarışdırdı
ABŞ prezidenti Donald Tramp yeni ˝Air Force One˝ təyyarəsinin təqdimatı zamanı çıxış edərkən sahibkar İlon Maskın adını səhv çəkib.
Crossmedia.az bu barədə UNİAN-a istinadən xəbər verir.
Təyyarədə quraşdırılan texnologiyalardan danışan Tramp Starlink sistemini xatırladaraq əvvəlcə Maskı Leon adlandırıb, daha sonra isə səhvini düzəldib.
“Orada heç kimin əvvəllər görmədiyi rabitə avadanlıqları var. Bu, ən yüksək səviyyədir, o cümlədən Starlink. Dostum Leon… dostum İlon buna çox sevinəcək”, – deyə ABŞ prezidenti bildirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
13:40 21.06.2026
Oxunuş sayı: 49