Rusiya Poltavaya zərbə endirib, ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın Poltava şəhərinə hava zərbəsi endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nəticədə ölən və yaralananların olduğu bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində mülki infrastruktura ziyan dəyib. Hadisə yerində xilasedici və təcili yardım xidmətləri fəaliyyət göstərir.
Hazırda ölən və yaralananların dəqiq sayı dəqiqləşdirilir, axtarış-xilasetmə işləri davam edir.
13:10 21.06.2026
Oxunuş sayı: 48