Ukrayna ilin sonunadək 1,5 milyard dollar ödəməlidir
Ukrayna bu ilin sonunadək mövcud borclarının ödənilməsi məqsədilə Beynəlxalq Valyuta Fonduna 1,5 milyard dollara yaxın vəsait ödəməlidir.
Crossmedia.az TASS-a istinadən bildirir ki, hazırda Ukraynanın Beynəlxalq Valyuta Fonduna ümumi borcu 10 milyard dollardan çoxdur.
Qeyd olunur ki, bu ödənişlər ölkənin beynəlxalq maliyyə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Ukraynanın Fond qarşısındakı borclarının qaytarılması prosesi mərhələli şəkildə davam etdirilir.
08:30 21.06.2026
Oxunuş sayı: 48