ABŞ İrana dondurulmuş aktivlərinin bir hissəsini qaytaracaq
ABŞ İranın nüvə obyektlərinə BMT müfəttişlərinin girişinə icazə verilməsi müqabilində Tehrana məxsus dondurulmuş aktivlərin bir hissəsini qaytara bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ və İsrailin hava zərbələrinə məruz qalan İranın nüvə obyektlərindən gedir. ABŞ administrasiyası həmin obyektlərə beynəlxalq müfəttişlərin nəzarət etməsində maraqlıdır.
Bildirilir ki, Vaşinqton ilkin mərhələdə Qətərdə dondurulmuş 6 milyard dollar həcmində vəsaitə İranın çıxışına icazə verə bilər.
Qeyd edək ki, hələlik ABŞ və İran rəsmiləri bu məlumatı rəsmi şəkildə təsdiqləməyiblər. Məsələ ilə bağlı danışıqların davam etdiyi bildirilir.
08:00 21.06.2026
Oxunuş sayı: 53