Britaniya Baş naziri istefa verə bilər
Britaniyanın Baş naziri Keir Starmer iyunun 22-də vəzifəsindən istefa verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın The Observer nəşri məlumat yayıb.
Məlumata görə, hakim Labour Party deputatlarının bir hissəsi Starmerə olan etimadını itirib. Bu səbəbdən onun baş nazir postundan ayrılacağı ilə bağlı ehtimallar gündəmə gəlib.
Qeyd edək ki, hazırda rəsmi olaraq Starmerin istefası ilə bağlı heç bir açıqlama verilməyib. Mövzu ilə bağlı yekun qərarın yaxın günlərdə məlum olacağı gözlənilir.
07:37 21.06.2026
Oxunuş sayı: 64