Kuçma və Yuşşenko “Ağ Qartal” ordenindən imtina etdi
Ukraynanın sabiq prezidentləri Leonid Kuçma və Viktor Yuşşenko Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən imtina ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu qərar Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini həmin mükafatdan məhrum etməsindən sonra verilib.
Kuçma 1990-cı illərdə, Yuşşenko isə prezidentliyi dövründə “Ağ Qartal” ordeni ilə təltif olunmuşdu.
Hər iki sabiq prezident ordenlərdən imtina etmələrini Polşa hakimiyyətinin Zelenskiyə münasibətdə atdığı addımla razılaşmamaları ilə izah ediblər.
23:35 20.06.2026
Oxunuş sayı: 96