Alman deputat Aİ-ni sərt tənqid etdi
Almaniyalı deputat Tomaş Frolih Brüsseldə keçirilən debatlar zamanı Avropa İttifaqı(Aİ) rəhbərliyini kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, həmkarlarını Türkiyəyə qarşı illərlə davam edən təkəbbürlü münasibətdə və davamlı siyasi-mənəvi təzyiqlərdə ittiham edib.
“Türkiyənin artıq Aİ-yə ehtiyacı yoxdur və buna görə məsuliyyət məhz sizin üzərinizdədir. Niyə? Çünki Ankara sizin mənəvi dərsləriniz olmadan da keçinə bilir”, – deyə deputat bildirib.
Frolih çıxışında Aİ-nin Türkiyə ilə münasibətlərdə apardığı siyasətin yanlış olduğunu vurğulayaraq, Ankaranın son illərdə daha müstəqil və özünəinamlı mövqe tutduğunu qeyd edib.
22:00 20.06.2026
Oxunuş sayı: 57