ABŞ-İran danışıqları öncəsi Netanyahu geri addım atdı
İsrailin Baş naziri Benjamin Netanyahu İsrail ordusuna Livanda atəşin dayandırılması barədə göstəriş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qərar ABŞ və İran arasında keçiriləcək danışıqlar ərəfəsində, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrail rəhbərliyinə təzyiqləri fonunda qəbul olunub.
İsrailin 12-ci telekanalının yaydığı xəbərə əsasən, bu addım regionda gərginliyin daha da artmasının qarşısını almaq və diplomatik proseslərə imkan yaratmaq məqsədi daşıyır.
21:52 20.06.2026
Oxunuş sayı: 53