ABŞ–İran danışıqları yenidən gündəmdə: nümayəndələr İsveçrəyə səfər edir
ABŞ və İran arasında dayandırılmış nüvə danışıqlarının bərpası ilə bağlı diplomatik aktivlik artır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün İsveçrəyə səfəri planlaşdırılır. Lakin səfər proqramının son anda dəyişdirilə və ya ləğv oluna biləcəyi bildirilir.
Eyni zamanda, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun mümkün nüvə sazişi və digər məsələlərlə bağlı ilkin məsləhətləşmələr üçün İsveçrəyə getdiyi qeyd olunur.
Məlumata əsasən, daha əvvəl Bürgenstokda keçirilməsi planlaşdırılan ABŞ–İran görüşü təxirə salınsa da, tərəflər diplomatik təmasların bərpası üçün yeni imkanları nəzərdən keçirirlər.
Əraqçi bildirib ki, Livanda sabit atəşkəs məsələsi Tehran üçün əsas şərtlərdən biridir və bu faktor danışıqların gələcək gedişinə birbaşa təsir göstərə bilər.
20:40 20.06.2026
Oxunuş sayı: 42