ABŞ və İran gərginliyi artır
Rusiya lideri Donald Tramp İranla bağlı növbəti açıqlamasında Tehranı nüvə razılaşmasına əməl etməyə çağırıb və əks halda Vaşinqtonun əlavə addımlar ata biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinafən xəbər verir.
Tramp qeyd edib ki, mümkün hərbi gərginlik Hörmüz boğazı üzərindən neft daşınmasına ciddi təsir göstərə bilər.
“Onlar razılaşma bağlamalıdırlar. Əks halda, onları xoşbəxt etməyəcək şeylər edəcəyik. Düşünmürəm ki, məsələ o həddə çatacaq. Amma əgər belə olsa, birdən-birə boğazdan neft daşınmayacaq”, – deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, böyük investisiyaları olan gəmi sahibləri və şirkətlər raketlərin uçduğu bir mühitdə fəaliyyət göstərmək istəmirlər.
20:30 20.06.2026
Oxunuş sayı: 49