Fransa Özbəkistanla əməkdaşlığı genişləndirir
Fransa Mərkəzi Asiyada təsir dairəsini genişləndirmək məqsədilə Özbəkistanla əməkdaşlığı artırmağı planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fransanın Daşkənddəki səfiri Fuqen bildirib ki, Paris Özbəkistanı regionun əsas tərəfdaşlarından biri kimi qiymətləndirir.
Tərəflər təhsil, iqtisadiyyat və strateji əməkdaşlıq sahələrində əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Bununla yanaşı, Daşkənddə Fransa–Özbəkistan Universitetinin yaradılması da planlaşdırılır.
19:55 20.06.2026
Oxunuş sayı: 37