Ərdoğandan mesaj: Heç kim Türkiyənin suverenliyinə toxuna bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin xarici siyasəti və müdafiə sənayesi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan bildirib ki, Türkiyə heç bir dövlətin ərazisinə iddia etmir və eyni zamanda ölkənin suveren hüquqlarının pozulmasına da imkan verməyəcək.
Prezident qeyd edib ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük nailiyyətlər əldə edib və ötən ay müdafiə və aerokosmik məhsullar üzrə ixracın 996 milyon dollara çatdığını bildirib.
Onun sözlərinə görə, Türkiyə hazırda dünya üzrə müdafiə məhsulları ixracında 11-ci yerdədir və eyni vaxtda çoxsaylı hərbi gəmi istehsal edə bilən ölkələr sırasındadır. Ərdoğan əlavə edib ki, hazırda dost və müttəfiq ölkələr üçün 50-dən çox hərbi gəmi inşa olunur.
Türkiyə lideri vurğulayıb ki, ölkəsinin məqsədi regionda gərginlik yaratmaq deyil, sülhün, sabitliyin və ədalətin gücləndirilməsidir.
“Biz heç bir ölkənin torpağına, suverenliyinə və maraqlarına qarşı çıxmırıq. Lakin heç kim də bizim suverenliyimizi pozmağa və ölkəmizə zərər verməyə cəhd edə bilməz,” – deyə Ərdoğan bildirib.
21:22 20.06.2026
Oxunuş sayı: 45