Trampdan mübahisəli sözlər: Müharibə bir gündə bitə bilərdi
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin ilk günləri ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, Rusiya qoşunları palçıq və əlverişsiz hava şəraiti səbəbindən irəliləyişdə ciddi çətinliklərlə üzləşib. O bildirib ki, müharibənin əvvəlində Rusiya tankları uzun kolonlar şəklində hərəkətsiz qalıb və bir neçə gün irəliləyə bilməyib.
ABŞ lideri iddia edib ki, əgər Rusiya hərbi komandanlığı texnikanı beton örtüklü magistrallar vasitəsilə hərəkətə yönləndirsəydi, Rusiya ordusu cəmi dörd saat ərzində Kiyevə çata bilərdi.
Tramp həmçinin qeyd edib ki, belə bir ssenaridə müharibə elə ilk gündəcə başa çata bilərdi.
Onun açıqlamaları beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
18:40 20.06.2026
Oxunuş sayı: 44