Budanov Polşanın mükafatından imtina edib
Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov Polşanın “Müqəddəs Xidmətə görə Qızıl Zabit Xaçı” ordenindən imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Budanov bu qərarını Polşa Prezidenti tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenindən məhrum edilməsi ilə bağlı qərara münasibət bildirərkən açıqlayıb. O, bu addımı ədalətsiz hesab etdiyini deyib.
“Ədalətdən necə danışmaq olar ki, məsələn, İtaliyanın faşist diktatoru və Hitlerin tərəfdaşı Benito Mussolini hələ də Ağ Qartal ordenindən məhrum edilməyib?”, – deyə Budanov bildirib.
Məsələ Polşa-Ukrayna münasibətləri kontekstində müzakirələrə səbəb olub və rəsmi Varşava tərəfindən hələlik əlavə şərh verilməyib.
14:12 20.06.2026
Oxunuş sayı: 46