Zelenski Lukşenkoya bir həftə vaxt verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus rəhbərliyinə sərt mesaj ünvanlayaraq ölkə ərazisində yerləşən müəyyən hərbi avadanlıqların sökülməsi üçün bir həftə vaxt verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin açıqlamasına görə, Belarus ərazisində yerləşən bu infrastruktur və texniki vasitələr regional təhlükəsizlik üçün risk yaradır və onların aradan qaldırılması tələb olunur.
Məsələ ilə bağlı hədəf göstərilən ölkənin lideri Aleksandr Lukaşenko tərəfindən hələlik rəsmi cavab verilməyib.
Ukrayna tərəfi bildirib ki, tələb yerinə yetirilmədiyi təqdirdə əlavə diplomatik və təhlükəsizlik addımlarının nəzərdən keçirilməsi mümkündür. Hadisə regionda gərginliyin daha da artması fonunda diqqətlə izlənilir.
12:32 20.06.2026
Oxunuş sayı: 51