Pezeşkian: Hicabda məcburiyyət aradan qaldırılmalıdır
İran Prezidenti Məsud Pezeşkian ölkədə müharibə dövrünün başa çatdığını və artıq daxili islahatlara fokuslanmağın vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, İran suverenliyini qoruyub saxlayıb və qarşı tərəfi uzaqlaşdırdıqdan sonra əsas prioritet iqtisadi inkişaf olmalıdır. Prezident sanksiyaların aradan qaldırılması fonunda iqtisadiyyatın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Pezeşkian həmçinin bəzi sahələrdə yumşalmaların zəruri olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə internet azadlığı və geyim qaydaları yenidən nəzərdən keçirilməlidir.
Dövlət başçısı bildirib ki, dini və əxlaqi dəyərlər qorunmaqla yanaşı, vətəndaşlara daha geniş sərbəstlik verilməlidir. O, həmçinin hicab qaydalarında məcburiyyətin aradan qaldırılmasının vacibliyini qeyd edib.
08:30 20.06.2026
Oxunuş sayı: 75