Serdar Kılıç: Ermənistanla dəmir yolu əlaqəsi regional əməkdaşlıq üçün vacibdir
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç Əxalkalaki–Qars dəmir yolunun açılması ilə bağlı paylaşım edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu addım Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində birbaşa ticarət baxımından mühüm əhəmiyyət daşıyır.
S. Kılıç qeyd edib ki, layihə həmçinin Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığın inkişafına töhfə verə və regionda sülh və sabitliyi gücləndirə bilər.
Paylaşım Nikol Paşinyanın dəmir yolunun açılması ilə bağlı açıqlamasına cavab olaraq edilib.
15:35 24.05.2026
Oxunuş sayı: 121