GAİM-də şahmat dərsləri davam edir
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) şahmat dərsləri uğurla davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərslər uşaqların məntiqi düşünmə qabiliyyətinin inkişafına, diqqət və yaddaşın güclənməsinə, strateji düşünmə bacarıqlarının formalaşmasına və qərarvermə vərdişlərinin təkmilləşməsinə xidmət edir.
Məşğələlər təcrübəli şahmatçı və idman ustası Bəxtiyar Məmmədov tərəfindən həftənin şənbə və bazar günləri saat 10:00-dan 12:00-dək keçirilir.
13:46 18.05.2026
Oxunuş sayı: 57