Emin Əmrullayev: Layihənin əsas mahiyyəti milli ideyaların təşviqidir
Bu müsabiqənin əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılmasıdır.
Crossmedia.az xəbər verir ki, bu fikri Ən yaxşı təqdimat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir bu müsabiqə ilə istedadlı gənclərin üzə çıxarıldığını və bu layihənin ən samballı müsabiqələrdən biri olduğunu qeyd edib.
O, müsabiqənin əsas mahiyyətinin Ulu Öndərin milli ideoloji, müstəqil dövlət kimi formalaşmasında olan fikirlərini gənclər arasında təşviq etmək olduğunu bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir. Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
11:40 07.05.2026
Oxunuş sayı: 47