Əli Əhmədov: Bu tədbir mənim üçün böyük əhəmiyyət kəsb edir
Mənim üçün bu tədbir böyük əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bu fikri "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikası Milli Məclisi sədrinin 1-ci müavini Əli Əhmədov bildirib.
Spikerin birinci müavini bu cür layihələrin keçirilməsi və Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi çox qürurverici hal olduğunu həmçinin Heydər Əliyevin əsas istəyi gənclərin vətənpərvər olub vətənə faydalı övlad olmağı olduğunu qeyd edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir. Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
11:30 07.05.2026
Oxunuş sayı: 47