Anna Akopyan Paşinyana dəstək çağırışı edib
Ermənistanın birinci xanımı Anna Akopyan baş nazir Nikol Paşinyanla şəxsi münasibətlərində gərginlik olmasına baxmayaraq, qarşıdan gələn parlament seçkilərində onu dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Məlumata görə, Akopyan yaxın çevrəsinə müraciət edərək Paşinyanın yenidən seçilməsini açıq şəkildə dəstəklədiyini bildirib və ətrafındakı şəxslərə də eyni mövqeni tutmağı tövsiyə edib.
O, həmçinin qeyd edib ki, şəxsi münasibətlər siyasi mövqeyinə təsir etməməlidir və səsvermə zamanı vətəndaşlıq borcunu yerinə yetirərək hazırkı baş nazirə səs verəcəyini vurğulayıb.
15:30 17.04.2026
Oxunuş sayı: 48