Lindsi Qrem: Tramp İranla gərgin danışıqdan sonra səsi batıb
Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ prezidenti Donald Tramp İran rəsmiləri ilə aparılan gərgin telefon danışığı zamanı səsi batıb.
Onun sözlərinə görə, Tramp İranla danışıqları şəxsən aparır və bir neçə gün əvvəl Tehranın nümayəndələri ilə sərt tonda telefon əlaqəsi saxlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qrem qeyd edib ki, danışıq zamanı Tramp İrana xəbərdarlıq edib və onların oyun oynamağa davam etməsi halında nəticələrin ağır olacağını deyib. Senatorun məlumatına görə bu gərgin söhbətdən sonra Trampın səsi batıb.
O, həmçinin vurğulayıb ki, belə bir danışığın digər tərəfində olmaq istəməzdi.
Rəmziyyə Babazadə
15:00 17.04.2026
Oxunuş sayı: 56