"Mythos” süni intellekti maliyyə sektorunda narahatlıq yaradır
Maliyyə nazirləri, mərkəzi bank rəhbərləri və aparıcı bankirlər Anthropic şirkətinin hazırladığı “Claude Mythos” süni intellekt modeli ilə bağlı artan risklərə diqqət çəkirlər. Bildirilir ki, model kibertəhlükəsizlik boşluqlarını aşkar etmək qabiliyyətinə malikdir və bu da maliyyə sistemləri üçün potensial təhlükə yarada bilər.
Crossmedia.az BBC -ə istinadən xəbər verir ki, bu mesele Vaşinqtonda keçirilən BVF iclasında geniş müzakirə olunub. Kanadanın maliyyə naziri Fransua-Filip Şampan bunun ciddi məsələ olduğunu vurğulayıb və əlavə təhlükəsizlik tədbirlərinin vacibliyini qeyd edib.
Ekspertlər modelin güclü imkanlara malik olduğunu desələr də, onun real təsirinin daha geniş sınaqlardan sonra tam qiymətləndirilə biləcəyini bildirirlər. ABŞ və digər ölkələrin maliyyə qurumlarına isə sistemlərini yoxlamaq və mümkün risklərə qarşı hazırlıqlı olmaq tövsiyə olunub.
Rəmziyyə Babazadə
13:43 17.04.2026
Oxunuş sayı: 56