Böyük Britaniya XİN-də Epstein qalmaqalı böhranı
Böyük Britaniya Xarici İşlər Nazirliyi daxilində ciddi siyasi gərginlik yaşanır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, xarici işlər nazirinin müavini Olli Robbins keçmiş ABŞ səfiri Piter Mandelson ətrafında yaranan qalmaqaldan sonra istefa verməyə hazırlaşır.
Qalmaqalın Jeffrey Epstein ilə bağlı əlaqələr iddialarından qaynaqlandığı bildirilir.
Mənbələrə əsasən, Mandelsonun təhlükəsizlik icazəsi və nazirlikdə aparılan daxili yoxlamalar vəziyyəti daha da gərginləşdirib. Həmçinin Baş nazir Kier Starmer və Xarici İşlər Naziri Yvet Kuperin Robbinsə etimadı itirdiyi iddia olunur.
12:10 17.04.2026
Oxunuş sayı: 71