Tramp: Bu mənim bitirdiyim 10-cu müharibəm olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Cozef Aun və Benyamin Netanyahu ilə aparılan danışıqlar nəticəsində İsrail–Livan arasında 10 günlük atəşkəs razılaşdırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, atəşkəs Şərqi Avropa vaxtı ilə saat 17:00-da qüvvəyə minib və məqsəd tərəflər arasında davamlı sülhün əldə olunmasıdır.
Donald Trump həmçinin bildirib ki, prosesdə Cey Di Vens, Marko Rubio və Den Keyn də iştirak edir və onlara danışıqların davam etdirilməsi tapşırılıb.
O, əlavə edib ki, əvvəlki illərdə “9 münaqişənin həllində rol oynayıb” və bu hadisəni “10-cu müharibə” kimi xarakterizə edib.
10:37 17.04.2026
Oxunuş sayı: 84