Aİ Kiyevə 90 milyard avroluq kredit və yeni sanksiya paketini müzakirə edəcək
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, 21 apreldə Lüksemburqda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Şurası iclasında Ukraynaya böyük maliyyə dəstəyi və Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Planlara əsasən, Ukrayna üçün 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq kredit paketi və Rusiyaya qarşı 20-ci sanksiya paketinin açılması gündəmdədir.
10:31 17.04.2026
Oxunuş sayı: 90