Pakistan ordu komandanı ABŞ-yə səfər edəcək
Pakistan ordu komandanı Asim Munir sabah Vaşinqtona səfər edəcək.
Crossmedia.az bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir.
Məlumata görə, Pakistan ordu komandanının bu səfəri İran və ABŞ arasında vasitəçilik səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, görüşlərdə əsas diqqət regional gərginliyin azaldılması və tərəflər arasında mümkün dialoqun təşviqinə yönələcək.
16:57 16.04.2026
Oxunuş sayı: 57