Qalibaf: Livan bizim üçün İran qədər önəmlidir
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livanla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibaf livanlı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, Tehran Livandakı vəziyyəti yaxından izləyir və bu ölkəni özlərinə yaxın hesab edir.
Qalibaf qeyd edib ki, Livanda atəşkəsin təmin olunması İran üçün də xüsusi əhəmiyyət daşıyır və bu məsələ İrandakı sabitlik qədər vacibdir.
O, həmçinin regionda münaqişələrin dayandırılması və daimi atəşkəsin təmin olunması istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Livan parlamentinin sədri Nəbih Berri isə İsraili tənqid edərək ölkəsində ciddi humanitar vəziyyətin yarandığını, 1,2 milyondan çox insanın didərgin düşdüyünü bildirib və müqavimət mövqeyinin davam etdiyini qeyd edib.
16:41 16.04.2026
Oxunuş sayı: 50