Çinli alimlərdən yeni araşdırma: Dəniz virusu ilə göz xəstəliyi arasında əlaqə
Çinli alimlər əvvəllər yalnız dəniz heyvanlarının patogeni kimi tanınan CMNV virusu ilə insanlarda nadir göz xəstəliyi arasında mümkün əlaqə aşkar ediblər.
Crossmedia.az bu barədə xəbər verir ki, araşdırma Nature Microbiology jurnalında dərc olunub. Bildirilir ki, virus göz içi təzyiqinin artması ilə müşayiət olunan nadir göz iltihabı hallarında aşkarlanıb.
Tədqiq edilən 70 xəstənin əksəriyyətinin çiy balıq və ya digər dəniz məhsulları ilə təmasda olduğu qeyd edilir. Əsas simptomlar arasında göz iltihabı, təzyiqin artması və görmə pozğunluğu yer alır, bəzi hallarda isə ciddi ağırlaşmalar mümkündür.
Alimlər vurğulayır ki, hazırda bu virusun geniş yayılmış təhlükə olduğunu demək üçün kifayət qədər sübut yoxdur. Qeyd olunur ki, virus istiliklə emal – yəni bişirmə zamanı məhv olur.
15:32 16.04.2026
Oxunuş sayı: 52