Tramp: İranın donanması tamamilə məhv edilib
ABŞ prezidenti Donald Tramp Iranın dəniz qüvvələri ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İranın donanması faktiki olaraq tamamilə məhv edilib və 158 gəmi sıradan çıxarılıb.
Tramp əlavə edib ki, yalnız az sayda sürətli hücum qayıqları hədəfə alınmayıb, çünki onlar ciddi təhlükə hesab olunmayıb.
ABŞ lideri xəbərdarlıq edib ki, bu tip gəmilərdən hər hansı biri tətbiq edilən blokadaya yaxınlaşarsa, dərhal məhv ediləcək.
Tramp həmçinin qeyd edib ki, ABŞ-a dəniz və okean yolu ilə daxil olan narkotiklərin 98,2%-i qarşısı alınaraq dayandırılıb.
18:45 13.04.2026
Oxunuş sayı: 52