Artemis II missiyasından yeni görüntülər yayımlandı
ABŞ-nin NASA agentliyi Artemis II missiyası çərçivəsində əldə olunan yeni fotoları ictimaiyyətə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Orion kosmik gəmisi artıq Ay istiqamətində yolunun yarıdan çoxunu qət edib.
Məlumata görə, missiya zamanı astronavtlar gəmi daxilində yanıq qoxusuna bənzər qəribə qoxu hiss etdiklərini bildiriblər. Qoxunun mənbəyinin tualet sistemi olduğu qeyd olunur. Bildirilir ki, sözügedən sistem daha əvvəl də uçuş zamanı nasazlıqla üzləşmişdi.
13:40 05.04.2026
Oxunuş sayı: 9144