Türkiyə Novruz bayramını rəsmi tətil elan etməyi planlaşdırır
Türkiyə Novruz bayramı münasibətilə 21 mart tarixini rəsmi tətil elan etməyi nəzərdə tutur.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
AKP sədrinin müavini Kürşad Zorlu açıqlayıb ki, qanun layihəsi üzərində işlər artıq başlayıb və tezliklə tamamlanması gözlənilir.
Layihə qüvvəyə minəcəyi təqdirdə, Novruz bayramı ölkə üzrə rəsmi iş günləri sırasından çıxacaq və vətəndaşlar üçün əlavə tətil imkanı yaranacaq.
13:20 05.04.2026
Oxunuş sayı: 63