KİV: İran müharibəsi stagflasiya təhlükəsini gündəmə gətirdi
İranla müharibə son böyük iqtisadi böhrandan 50 il sonra qlobal iqtisadiyyatda “stagflasiya” riskini yenidən aktuallaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti yazıb.
Analitiklər bildirir ki, enerji qiymətlərinin kəskin artımı və ticarət zəncirlərindəki pozuntular inflyasiya ilə iqtisadi tənəzzülün eyni anda baş verməsi ehtimalını artırır. Məqalədə vurğulanır ki, bu tendensiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi çağırışlar yaradır.
Ekspertlər təcili maliyyə və enerji siyasətinin vacib olduğunu, əks halda qlobal bazarlarda dalğalanmaların davam edəcəyini qeyd edirlər.
12:52 05.04.2026
Oxunuş sayı: 165