Hava limanında yanğın: İşçilər təxliyə edildi
İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion hava limanı ərazisində yanğın baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində hava limanında çalışan işçilər təxliyə olunub. İlkin məlumata görə, təhlükəsizlik tədbirləri gücləndirilib və yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Hadisənin səbəbi və mümkün zərər barədə hələlik rəsmi açıqlama verilməyib.
12:00 05.04.2026
Oxunuş sayı: 48