Füceyrədə neft axınına fasilə verildi
Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində yerləşən neft saxlama stansiyasında əməliyyatlar dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fobak Global" şirkəti açıqlayıb.
Şirkət qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verməsə də, bu addımın regiondakı enerji bazarına təsir göstərə biləcəyi ehtimal olunur. Füceyrə qlobal neft daşımaları və saxlanması baxımından strateji əhəmiyyətə malik əsas mərkəzlərdən biri hesab olunur.
11:45 05.04.2026
Oxunuş sayı: 1267