İsrail son 24 saat ərzində İranın 120-dən çox hərbi hədəfinə zərbələr endirdiyini açıqlayıb
İsrail son 24 saat ərzində İranın 120-dən çox hərbi hədəfinə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri İranda, ölkənin mərkəzi və qərb bölgələrində 120-dən çox hədəfə hücum edib. Zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raket sistemləri, dron anbarları və buraxılış məntəqələri, eləcə də hava hücumundan müdafiə sistemləri ilə əlaqəli obyektləri hədəfə alıb.
İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin aviasiya təhlükəsizliyini təmin etmək və hava məkanına nəzarəti qorumaq məqsədi daşıdığını vurğulayıb.
10:55 05.04.2026
Oxunuş sayı: 53