ABŞ-nin F-15E təyyarəsinin ikinci ekipaj üzvü xilas edilib
ABŞ-nin F-15E təyyarəsinin ikinci ekipaj üzvü xilas edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters, Axios və Fox News" nəşrləri məlumat yayıb.
Həmçinin "The Washington Post, New York Times və CBS" də artıq vurulmuş F-15 təyyarəsiinin ikinci ekipaj üzvünün xilas edildiyini təsdiqləyib.
ABŞ rəsmisi bildirib ki, əməliyyat zamanı ABŞ və İran qüvvələri arasında silahlı toqquşma baş verməyib, lakin ABŞ qüvvələri İranlı şəxsləri xilasetmə bölgəsindən uzaqlaşdırmaq üçün atəş açıblar.
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp da İran ərazisi üzərində vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
Xatırladaq ki, ABŞ aviasiyasında yaşanan gərginliyin fonunda rəsmi Vaşinqton 2027-ci il büdcəsində 85 ədəd F-35 tələb edib.
10:25 05.04.2026
Oxunuş sayı: 63