ABŞ və İsrailin İrana hücumları nəticəsində 5 nəfər ölüb
ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirməsi nəticəsində 5 nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Mahşəhr neft-kimya kompleksinə hücumda 5 nəfər ölüb, 170 yaralı xəstəxanadan evə buraxılıb", - məlumatda bildirilib.
23:58 04.04.2026
Oxunuş sayı: 48