Ermənistan müdafiə naziri yeni müharibə istəyənlərə cavab verib
Ermənistan ordusunun Ermənistandan kənarda heç bir işi yoxdur.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının fövqəladə qurultayındakı çıxışı zamanı bildirib.
O, hakim partiyanın əleyhdarlarını yenidən "müharibə partiyaları" adlandırıb.
Nazirin sözlərinə görə, hazırkı hökumət peşəkar ordu istiqamətində bir sıra islahatlar həyata keçirib.
Papikyan ,həmçinin vurğulayıb ki, məhz bu islahatlar sayəsində məcburi hərbi xidmət müddəti iki ildən bir il yarıma endirilib.
23:35 04.04.2026
Oxunuş sayı: 56