Süleymaninin qardaşı qızı və nəvəsi haqqında qərar qəbul olunub
Mərhum iranlı general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin hüquqi statusu ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, həmin şəxslər əvvəllər ABŞ-də yaşıl kart sahibi kimi yaşayırdılar.
Rubio bildirib ki, Süleymaninin qardaşı qızı kimi təqdim olunan şəxs İran hakimiyyətinin açıq dəstəkçisi olub və ABŞ əleyhinə bəyanatlar verib.
Qeyd olunub ki, onların hüquqi statusu ləğv edilib və hazırda deportasiya olunmaq üçün ABŞ-də saxlanılırlar.
Dövlət katibi əlavə edib ki, Vaşinqton anti-Amerika rejimlərini dəstəkləyən xarici vətəndaşlara ölkədə qalmağa icazə verməyəcək.
20:15 04.04.2026
Oxunuş sayı: 58