İran Hörmüz boğazında qaydaları yumşaldıb
İran Hörmüz boğazı ilə bağlı yeni qərar qəbul edib.
Crossmedia.az bu barədə "Tasnim News "agentliyinə istinadən xəbər verir ki, “zəruri mallar” daşıyan gəmilərin boğazdan keçidinə icazə verilir.
Məlumata əsasən, qərar xüsusilə əsas ərzaq məhsulları və heyvandarlıq yükləri daşıyan gəmilərə şamil olunur. Bununla belə, İranın “zəruri mallar” kateqoriyasına hansı məhsulları daxil etdiyi hələ dəqiqləşdirilməyib.
Eyni zamanda, Tehranın “düşmən” hesab etdiyi ölkələrə məxsus gəmilərə tətbiq olunan məhdudiyyətlərin qüvvədə qalacağı və ya yumşaldılacağı barədə də rəsmi açıqlama verilməyib.
Qərar Tikinti Cihad Nazirliyinin Tikinti İnkişafı üzrə cihad şöbəsinin rəis müavini Human Fəthinin İran Limanları və Dənizçilik Təşkilatına ünvanladığı müraciət əsasında qəbul edilib.
Bildirilir ki, sərəncam İran limanlarına istiqamətlənən və hazırda Oman dənizində fəaliyyət göstərən gəmiləri əhatə edir.
18:05 04.04.2026
Oxunuş sayı: 52