İran və Türkiyə regional gərginliyi müzakirə edib
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tərəflər ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda regionda yaranmış gərginliyi və beynəlxalq arenadakı son prosesləri müzakirə ediblər.
Nazirlər regional sabitlik, təhlükəsizlik məsələləri və mövcud vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
16:18 04.04.2026
Oxunuş sayı: 49