KİV: ABŞ və İran arasında atəşkəs səyləri uğursuz olub
Pakistan başda olmaqla bir neçə regional ölkənin vasitəçiliyi ilə ABŞ və İran arasında atəşkəs əldə etmək cəhdləri dalana dirənib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Vasitəçilərin məlumatına görə, Tehran yaxın günlərdə İslamabadda Amerika nümayəndələri ilə rəsmi görüş keçirməyəcəyini açıqlayıb və ABŞ-nin tələblərini qəbuledilməz hesab edir.
Buna baxmayaraq, Türkiyə və Misir diplomatik səylərini davam etdirir, vəziyyətin həlli üçün yeni variantlar üzərində işləyir və danışıqlar üçün alternativ məkanlar kimi Doha və ya İstanbul nəzərdən keçirilir.
17:42 04.04.2026
Oxunuş sayı: 58