ABŞ HHQ-yə məxsus daha bir təyyarə qəzaya uğrayıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 Warthog hücum təyyarəsi döyüş tapşırıqları yerinə yetirərkən Hörmüz Boğazı yaxınlığında qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
İlkin məlumatlara əsasən, pilot katapult edərək xilas olub. Bu, gün ərzində qəzaya uğrayan ikinci ABŞ təyyarəsidir. Qəza, İran üzərində vurulan F-15E qırıcı təyyarəsi ilə eyni vaxtda baş verib.
Bundan əlavə, bəzi media orqanları bildirir ki, F-15E-nin ikinci pilotunun tapılması üçün aparılan axtarış-xilasetmə əməliyyatı zamanı ABŞ-yə məxsus Black Hawk helikopteri də vurulub.
16:13 04.04.2026
Oxunuş sayı: 42