Ermənistandan Rusiyaya qaz xəbərdarlığı
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın qaz siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, əgər Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini artırarsa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı-ndan çıxmaq məsələsini nəzərdən keçirə bilər.
Simonyan eyni zamanda qeyd edib ki,Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında son danışıqlar müsbət keçib və bu səbəbdən belə bir addımın atılacağını ehtimal etmir.
Spiker vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmayıb və atmaq niyyətində deyil, lakin ölkə öz milli maraqlarını qorumaqda davam edəcək.
17:35 04.04.2026
Oxunuş sayı: 40