Rusiyanın neft gəlirləri REKORD SƏVİYYƏYƏ ÇATDI
İranla gərginlik fonunda Rusiyanın neft və qaz gəlirləri mart ayında gözləniləndən daha yüksək olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Fevral ayında 5,4 milyard dollar olan gəlirlər martda təxminən 7,7 milyard dollara yüksəlib.
Qərb analitikləri mart ayı üçün təxminən 6,5 milyard dollar proqnozlaşdırmışdı. Urals markalı xam neftin qiymətləri kəskin artaraq Hindistana göndərilən yüklərin bəzən Brent markasından da baha satılmasına səbəb olub.
Eyni zamanda, Rusiyanın alüminiumunun qiyməti 30% artıb, və ölkənin bu il əlavə 110 milyard dollar gəlir əldə edə biləcəyi proqnozlaşdırılır. Bloomberg vurğulayır ki, Rusiya son üç ilin ən yüksək gəlirlərini bu il əldə etməkdədir.
15:57 04.04.2026
Oxunuş sayı: 359