Vatikan ABŞ hərbi ritorikasına qarşı çıxdı
Roma Papası Papa Leo XIV ABŞ Hərbi Naziri Pit Heqsetin “ordunun Məsih adı ilə döyüşməsi” ilə bağlı yanaşması ilə razılaşmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Papa qeyd edib ki, “dominantlıq və güc nümayişi İsa Məsihin yoluna yaddır” və xristian dəyərlərinin müharibə ritorikası ilə əsaslandırılmasına qarşı çıxıb.
Xatırladaq ki, bir müddət əvvəl Heqset ABŞ vətəndaşlarını ölkənin silahlı qüvvələrinin qələbəsi və təhlükəsizliyi üçün dua etməyə çağırmışdı.
Vatikanın bu mövqeyi dini dəyərlərin hərbi məqsədlərlə əlaqələndirilməsi məsələsində yeni müzakirələrə səbəb olub.
17:28 04.04.2026
Oxunuş sayı: 45