Qalibafdan Bab əl-Məndəb boğazı ilə bağlı xəbərdarlıq
İran Parlamentinin sədri Məhəmməd Bağir Qalibaf Yəmən yaxınlığındakı Bab əl-Məndəb boğazının bağlana biləcəyinə işarə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislərə görə, boğazdan qlobal neft daşımalarının 8–10%-i, LNG-nin 5–8%-i, həmçinin buğda, düyü və gübrənin təxminən 10–15%-i keçir.
Əsas tranzit ölkələrə Çin, Hindistan və Səudiyyə Ərəbistanı daxildir. Daşımalar isə əsasən Maersk, MSC (Mediterranean Shipping Company) və COSCO Shipping tərəfindən həyata keçirilir.
Ekspertlər xəbərdarlıq edir ki, boğazın bağlanması enerji və ərzaq bazarlarında ciddi böhran yarada bilər.
16:50 04.04.2026
Oxunuş sayı: 62