Tramp İranın neft obyektlərinə zərbələrin dayandırılmasına çalışır
ABŞ Prezidenti Donald Tramp regionda artan gərginlik fonunda İran ərazisindəki neft obyektlərinə yönəlmiş zərbələrin dayandırılması üçün səylər göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Tramp xüsusilə Tehranın mümkün cavab addımlarından narahatdır. Onun əsas diqqət çəkdiyi məqamlardan biri isə İranın əks-hücumları nəticəsində Körfəz ölkələrində yerləşən strateji enerji infrastrukturunun – neft və qaz obyektlərinin hədəfə alınması ehtimalıdır.
Ekspertlər bildirir ki, belə bir ssenari Fars Körfəzi regionunda enerji təhlükəsizliyinə ciddi zərbə vura və qlobal bazarlarda qiymətlərin kəskin artımına səbəb ola bilər.
Hazırda diplomatik səylərin intensivləşdiyi, tərəflər arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün müxtəlif kanallar vasitəsilə danışıqların aparıldığı qeyd olunur.
10:21 19.03.2026
Oxunuş sayı: 50