Elnarə Akimova: İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin
Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
Onun fikrincə, reallığa baxdıqda hər iki valideyni işləyən, lakin gəliri ailənin zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən ailələr var:
"Kirayəhaqqı, kommunal xərclər, ərzaq, müalicə, digər gündəlik ödənişlər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Belə bir vəziyyətdə valideynlərin işləməsi həmin ailənin təhsilhaqqını rahatlıqla ödəyə bilməsi anlamına gəlmir. Əksinə, bəzən ailə övladının təhsilini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etməli olur. Ona görə də hesab edirəm ki, təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən yalnız valideynlərin işləyib-işləməməsi deyil, ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır".
13:10 11.09.2026
Oxunuş sayı: 57